Yuxarı

30 yaşın var, amma özünü 50-dəki kimi hiss edirsən? - Səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 yaşın var, amma özünü 50-dəki kimi hiss edirsən? - Səbəb

Sənədlərdə 30 yaşınız yazılıb, amma səhərlər özünüzü 50 yaşlı biri kimi halsız və yorğun hiss edirsiniz? Bu, sadəcə yorğunluq deyil, bədəninizin sizə verdiyi ciddi bir siqnal ola bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Ayşən Xəlilova pasport yaşı ilə bioloji yaş arasındakı fərqi izah edib və bioloji yaşın əsas göstəricilərinə diqqət çəkib.

Bioloji yaş nədir?

Endokrinoloqun sözlərinə görə, insanın özünü neçə yaşda hiss etməsi onun bioloji yaşıdır. Bu yaşın formalaşmasına və gənc qalmağımıza təsir edən əsas faktorlar hormonlardır.

Gəncliyin açarı olan 3 əsas hormon:

1. Dehidroepiandrosteron sulfat (DHEA-S)

2. Estrogenlər

3. Böyümə hormonu (GH)

Bu hormonlar təkcə fiziki görünüşümüzə deyil, həm də iş qabiliyyətimizə, dərimizin vəziyyətinə, əzələ və sümük sistemimizin sağlamlığına, psixoloji durumumuza və hətta immunitetə ciddi təsir edir.

Bioloji yaşı necə “gənc” saxlamaq olar?

Həkimin tövsiyələrinə görə, bioloji yaşın pasport yaşını “ötməməsi” üçün gündəlik həyat tərzimizdə bunlara diqqət etməliyik:

- Sağlam və balanslı qidalanma

- Kifayət qədər su içmək

- Gec yatmamaq

- Stressdən mümkün qədər uzaq durmaq

Əgər bu qaydalara riayət etməyinizə baxmayaraq uzun müddət davam edən yorğunluq, halsızlıq hiss edirsinizsə, bu zaman endokrinoloqa müraciət etmək vacibdir. Ola bilər ki, hormon balansınız pozulub və bədəniniz artıq “bioloji olaraq” yaşlanmağa başlayıb.

Tarix
2025.07.31 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla