Yuxarı

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Beynəlxalq aktorlar Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəliblər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.

Ekspert bildirib ki, dəhlizin açılması Ermənistan-Azərbaycan sülh sazişi çərçivəsindən kənarda razılaşdırılıb:

“Son hadisələr yolların açılması məsələsinin əslində Ermənistan-Azərbaycan sülh sazişi ilə heç bir əlaqəsi olmadığını göstərir. İlkin olaraq, yolların açılması məsələsinə tam başqa kontekstdə baxılırdı. Amma Azərbaycan sonradan 10 noyabr üçtərəfli bəyanatından kənarda yeni şərtlər irəli sürməyə başladı. Bu tələblərə 300 min azərbaycanlının geri qaytarılması, Ermənistanın 150 milyard dollar təzminat ödəməsi, həmçinin konstitusiyaya əlavə və dəyişikliklərin həyata keçirilməsi daxildir. Bakı danışıqlar prosesini məharətlə dəyişdi. İndi artıq görünür ki, beynəlxalq oyunçular Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda dəhliz məsələsində razılığa gəliblər”.

Balasanyan vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət Ermənistanda olmayacaq:

“Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl tələbləri nəticəsində bu məsələ danışıqlar prosesinin mərkəzi elementinə çevrilib”.

Ekspert əlavə edib ki, İrəvan bundan əvvəl dəfələrlə “qəbuledilməz” olduğunu bəyan etdiyi Bakının bu tələbini də qəbul edib.

Tarix
2025.07.30 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla