Yuxarı

Niyə səhərlər pis əhvalla oyanırıq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə səhərlər pis əhvalla oyanırıq?

Yüksək stress səviyyəsi səhərlər pis əhval-ruhiyyənin səbəbi ola bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, ispan həkim Sara Marin Berbell digər səbəbləri də sadalayıb.

"Əgər axşam yeməyi çox erkən, çox yüngül və ya əksinə, çox yağlı yeməklər yesəz, gecədə qan şəkərinizin səviyyəsi kəskin şəkildə aşağı düşə bilər. Buna cavab olaraq, orqanizm oyanışı stimullaşdıran adrenalin hormonu istehsal etməyə başlayır. Bu da əsəbiliyin və güclü aclıq hissinin səbəbi ola bilər”, - həkim qeyd edib.

Həkim həmçinin səhər qıcıqlanmasını təbii olaraq artan stress hormonu olan kortizolun təsiri ilə əlaqələndirib. Kortizol, adrenalin kimi bədənin oyanmasına kömək edir, lakin xroniki stress, zəif yuxu və gec yatmaq zamanı bu mexanizm "itirilir".

"Səhər saatlarında orqanizm oyanma prosesinə başlamaq üçün kortizol ifraz edir. Amma siz daim stress keçirirsinizsə, pis yatırsınızsa və ya çox gec yatırsınızsa, kortizol səviyyəsi kəskin şəkildə yüksəlir və siz həyəcan rejimində oyanırsınız”, - Berbell bildirib.

Tarix
2025.06.21 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla