Yuxarı

Rusiyalı tarixçi erməniləri bir daha ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı tarixçi erməniləri bir daha ifşa etdi

Azərbaycan özünün Ermənistanla informasiya və ideoloji qarşıdurmasında ciddi qələbə qazanıb.

Rusiyalı tanınmış tarixçi və siyasi analitik Oleq Kuznetsovun "XX yüzillikdә transmilli ermәni terrorunun tarixi" kitabı XXXVI Beynəlxalq Paris Kitab Salonunun kataloquna daxil edilib.

APA-nın Moskva müxbirinə danışan Oleq Kuznetsov bildirib ki, bu Azərbaycanın Ermənistanla informasiya və ideoloji müharibəsində daha bir ciddi qələbədir: "XXXVI Beynəlxlaq Paris Kitab Salonu martın 17-20-də keçirilib. Bu hadisə Fransada, erməni diasporunun siyasi həyata təsir gücünün ən çox olduğu ölkədə baş verib. Bu günlərdə mənə bu barədə rəsmi bildiriş gəldi. Həmin bildirişdə deyilir: "Martın 20-də ilin ən başlıca intellektual hadisəsi- "Kitab diqqət mərkəzində" şüarı altında keçirilən "Beynəlxalq Paris kitab Salonu" başa çatdı. Təntənəli mərasimi Fransa prezidenti Fransua Olland öz nitqi ilə açmışdı. Salonun qonaqları arasında bir çox fransız və xarici siyasətçilər, elm və mədəniyyət xadimləri, Fransanın baş naziri Manuel Vals, mədəniyyət naziri Odri Azulay, təhsil naziri Nayat Belkasem və digər nüfuzlu şəxslərin olması müasir cəmiyyətdə kitabın vacibliyini nümayiş etdirir. Kitab salonunda 45 ölkədən nümayəndə heyəti və 230 min nəfərdən çox qonaq iştirak edib".

O.Kuznetsov bildirib ki, "XX yüzillikdə transmilli ermәni terrorunun tarixi" kitabının Rusiyada çap olunmasının maneələrlə üzləşməsi heç kəsə sirr deyil:" Rusiya DİN ekstremizmə qarşı mübarizə idarəsinin əməkdaşları artıq bir neçə dəfə Rusiyanın bir sıra şəhərlərində yerləşən nəşriyyatlara bu kitabı çap etməmək üçün təzyiqlər göstəriblər. Baxmayaraq ki, həmin kitabda ekstremizmə aid heç bir şey yoxdur. Çox ümid edirəm ki, mənim monoqrafiyam XXXVI Beynəlxalq Paris Kitab Salonunda dünya ictimaiyyətinə təqdim olunandan sonra bu, mənim əməyimə olan münasibəti nəhayət ki, dəyişəcək və Rusiyada həmin kitabın nəşrinə icazə veriləcək". Rusiyalı tarixçi erməni diasporunun ən güclü olduğu Fransada bu monoqrafiyanın kataloqa necə daxil olması barədə də danışıb: "Fransadakı erməni lobbisi "XX yüzillikdə transmilli ermәni terrorunun tarixi" kitabının xülasəsinin XXXVI Beynəlxlaq Paris Kitab Salonunun kataloquna daxil olmasına mane ola bilmədi".

O.Kuznetsov Azərbaycan tərəfindən "XX yüzillikdə transmilli ermәni terrorunun tarixi" kitabının Belarusda çap olunması üçün yardım istəyib: "Mən artıq qeyd etdim ki, Rusiyada bu monoqrafiyanının çapı üçün nəşriyyatlar hansı çətinliklərlə üzləşir. Lakin Belarusda cəmiyyətdə və hakimiyyətdə erməni əhval-ruhiyyəsi olduqca zəifdir, demək olar ki, mövcud deyil. Bunun aprelin 2-5 tarixlərində Qarabağda baş verən toqquşmalar zamanı da şahidi olduq. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi cəhdlərini ilk dəqiqələrdən dəstəklədi. Buna cavab olaraq rəsmi İrəvan az qala Minsk ilə diplomatik münasibətləri kəsməklə hədələdi. Lakin vaxtında fikrindən döndü. Bu səbəbdən əminəm ki, kitabımın Belarus paytaxtında yenidən nəşr etdirərək təqdimatını keçirmək təşəbbüsü etiraza səbəb olmayacaq. Dərhal işlər başlasa, nəşrin təqdimatını mayın 8-i, Şuşanın işğal gününə həsr etmək olar. Bununla Azərbaycan qlobal informasiya müharibəsində Ermənistan üzərində strateji qələbə çalaraq, ikiqat siyasi-psixoloji effektə nail ola bilər. Bundan savayı, Azərbaycan qurumları XXXVI Beynəlxlaq Paris Kitab Salonunun Kataloqunu özlərinin kitabxanaları və elmi müəssisələri üçün əldə edə bilərlər".

Tarix
2016.04.14 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla