Yuxarı

Odessada həbs edilən gəmidəki azərbaycanlılar ölkəyə gətirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna ərazisində həbs edilən Kamerun bayrağı altında üzən gəminin azərbaycanlı heyəti təxliyə olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 6-da səfirliyin konsulluq şöbəsinin fövqəladə hallar üçün nəzərdə tutulmuş “qaynar xətti”nə müraciət daxil olub. Məlum olub ki, bir aydan artıq Odessanın “Reniy” dəniz ticarət limanında Kamerun bayrağı altında üzən “Usko Shipping” şirkətinə məxsus “Usko Mfu” adlı ticarət gəmisi sözügedən limanda saxlanılaraq dənizə çıxması Ukrayna hökuməti tərəfindən məhdudlaşdırılıb. Gəmidə 12 nəfərdən ibarət heyətin xidmət apardığı, onlar arasında 7 nəfərin (bir nəfər gəmi kapitanı) Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyənləşib.

Səfirlik dərhal Azərbaycan vətəndaşlarının təxliyəsi üçün təxirəsalınmaz işlər görüb. Bu xüsusda Azərbaycan ilə Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev şəhərində imzalanmış Konsulluq Konvensiyasının müvafiq bəndləri rəhbər tutularaq vətəndaşlarımızın təxliyəsi istiqamətində Ukrayna dövlət qurumları ilə yazışmalara başlanılıb.

İlkin olaraq Ukrayna Dövlət Sərhəd Xidmətindən vətəndaşların ölkəyə daxil olması ilə bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Habelə səfirlik tərəfindən “Reniy” dəniz ticarət limanının rəhbərliyi və Ukrayna Xarici İşlər Nazirliyi qarşısında müvafiq görüşlərin keçirilməsi üçün vəsatət qaldırılıb. Səfirlik tərəfindən atılan müvafiq addımlar nəticəsində oktyabrın 4-də vətəndaşlarımızın təxliyə edilməsi üçün razılıq əldə olunub.

Qeyd olunan tarixdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov, Pərviz Əsədov “Reniy” dəniz ticarət limanına ezam olunublar və Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, bir Türkiyə vətəndaşının da təxliyəsi həyata keçirilərək vətənlərinə dönməsi təmin olunub.

Tarix
2024.10.08 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev çıxış etdi

Hacıyev Rudenko ilə bu məsələləri müzakirə etdi

Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi... - Kreml

Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video

Turan xəritəsi yaradılır - Rusiya təşvişə düşdü

Əliyevlə Putinin görüşü oldu - Foto

Putin Paşinyanı bu tədbirə çağırdı: Gözləyirəm...

Rusiya: Sanksiyaları ləğv edin, müharibəni dayandıraq - Təcili

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla