Yuxarı

Direktorun qanunsuz əməlləri: Cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnvest.M Construction MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, “İnvest.M Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavid İntiqam oğlu Musayevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Cavid Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan ərazidə inşaat işlərinin aparılması zamanı meşə fonduna daxil olmayan ağac və kolların təkrarən qanunsuz olaraq kəsilməsinə nail olmaqla təbiətə ümumilikdə 413 min manatdan artıq məbləğdə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Cavid Musayevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə təkrarən külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.

Tarix
2024.10.08 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın bu addımlarını alqışlayırıq - Tokayev

Bu ay Bakı ilə sülh sazişi imzalamağa hazırıq - Paşinyan

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev çıxış etdi

Hacıyev Rudenko ilə bu məsələləri müzakirə etdi

Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi... - Kreml

Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video

Odessada həbs edilən gəmidəki azərbaycanlılar ölkəyə gətirildi

Turan xəritəsi yaradılır - Rusiya təşvişə düşdü

Əliyevlə Putinin görüşü oldu - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla