Yuxarı

Baş Prokurorluğun geniş kollegiya iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Baş prokuror K.Əliyev 170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının cari il sentyabrın 27-dən oktyabrın 2-dək paytaxt Bakı şəhərində yüksək peşəkarlıq və təşkilatçılıqla keçirildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir barəsində məlumat verilərkən bildirilib ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağında 88 ölkə, 95 yurisdiksiya, 10 beynəlxalq təşkilatdan ümumilikdə 500-dən artıq şəxs iştirak edib.

Qeyd edilib ki, cari ilin dekabr ayında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı və Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində beynəlxalq konfrans keçiriləcək.

Tədbir zamanı Baş prokuror K.Əliyev tərəfindən peşə bayramı münasibətilə müvafiq əmrlə təltif edilən bir qrup prokurorluq əməkdaşına mükafatlar təqdim edilib.

İclas zamanı K.Əliyev tərəfindən Baş Prokurorluğunun UNODC ilə birgə noyabrın 15-də keçiriləcək plenar iclasın, Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində dekabr ayında keçiriləcək beynəlxalq konfransın təşkili istiqamətində, habelə prokurorluğun fəaliyyətinə aid bir sıra zəruri məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Tarix
2024.10.08 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…

Əliyev-Putin-Paşinyan görüşü niyə baş tutmadı?

Bakı və İrəvanın bu addımlarını alqışlayırıq - Tokayev

Bu ay Bakı ilə sülh sazişi imzalamağa hazırıq - Paşinyan

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev çıxış etdi

Hacıyev Rudenko ilə bu məsələləri müzakirə etdi

Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi... - Kreml

Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video

Odessada həbs edilən gəmidəki azərbaycanlılar ölkəyə gətirildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla