Yuxarı

Pakistan hərbçiləri Azərbaycanda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib. Qonaq heyətin tərkibinə Milli Müdafiə Universitetinin "Milli Təhlükəsizlik və Müharibə kursu"nda təhsil alan Pakistan Silahlı Quvvələrinin və dövlət qurumlarının, o cümlədən Oman, Bruney və Nigeriya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfərin əsas məqsədi ölkəmizin tarixi və mədəniyyəti ilə tanışlıqdan, Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik, iqtisadi, daxili və xarici siyasəti, müstəqillik illərində üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat əldə etməkdən ibarətdir.

Aprelin 25-də qonaq heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib. Onlar Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev tərəfindən qarşılanmış və rəhbərlər arasında ikitərəfli görüş keçirilib. Daha sonra Silahlı Qüvvələrimiz, onun Hərbi Akademiyası və aprel ayının əvvələrində qoşunların təmas xətdində baş vermiş hadisələr barədə qonaqlara ətraflı məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinin 25-28 aprel tarixlərində bir sıra nazirliklərdə, dövlət xidmətlərində, agentlik və universitetlərdə görüşləri planlaşdırılıb.

Tarix
2016.04.26 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla