Yuxarı

"Bu, Əliyevin nüfuz sahibi olduğunu sübut etdi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Gürcüstan ictimaiyyətinin də diqqət mərkəzindədir. Politoloqlar bu tədbirin Bakıda keçirilməsinin Azərbaycan, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər.

Gürcüstanın Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebiya AzərTac-a müsahibəsində deyib: "Belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin necə böyük nüfuz sahibi olduğunu sübut etdi. Beynəlxalq təşkilatlar da bunu görür və öz iştirakları ilə təsdiqləyirlər".

Politoloq bildirib ki, Azərbaycan Xəzər dənizi və Qara dəniz hövzələrində əsas oyunçu, Qərblə Şərq arasında körpüdür. Eyni zamanda, bu cür tədbirlər region üçün də mühüm əhəmiyyət kəsb edir. Bu gün Cənubi Qafqaz regionunda ciddi münaqişələr mövcuddur. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər qlobal tədbirlər regionda sülhün bərqərar olmasında mühüm rol oynayacaq. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər nüfuzlu təşkilatlar Dağlıq Qarabağ münaqişəsi və Gürcüstanın işğal olunmuş əraziləri ilə əlaqədar mühüm qərar və qətnamələr qəbul ediblər. Bu cür tədbirlərdə həmin qərarların icrası məsələsi da diqqət mərkəzində olur. Bu da öz növbəsində problemlərin dialoq və sülh yolu ilə həllinə imkan yaradır.

Tarix
2016.04.28 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla