Yuxarı

Ərdoğan Davudoğlu ixtilafında – Qərb izi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Davudoğlunun son açıqlamalarından da bəlli olur ki, bu iki siyasi persona arasında ciddi ixtilaflar var.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Baş naziri Əhməd Davudoğlunun AKP sədrliyindən və baş nazirlikdən getməsini şərh edərkən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, iddialar arasında Ərdoğanın Davudoğlunun son diplomatik uğurlarını qısqanması daha realdır:

"Söhbət Avropa İttifaqı ilə təmaslarda əldə olunmuş irəliləyişdən gedir. Danışıq və məsləhətləşmələr əsnasında əldə olunan uğurlar məhz Davudoğlunun siyasi məharətinin bəhrəsidir. O, Aİ nümayəndələrini inandıra bilib ki, Türkiyənin birləşmiş Avropaya qatılması tək Ankaraya deyil, həm də Brüsselə də dividentlər gətirəcək, eləcə də, Avropanın miqrant probleminin həllini qismən yüngülləşdirəcək. Həmin təmaslarda Davudoğlu həm də tərəf müqabillərinin simpatiyalarını qazanıb. Çünki o, siyasi çeviklik və demokratiya dəyərlərinə sayğı göstərməsi ilə seçilib. Bu fonda Avropa mətbuatı və siyasi elitası Davudoğluna qarşı olan etinasızlığı bir qədər yığışdırmalı olub. Lakin Qərb təsisatları Ərdoğana daha sərt və barışmaz mövqe sərgiləyirlər. Onlar bildirirlər ki, Türkiyədə islahatlar adı altında demokratiya ruhu çökür, parlament respublikasına xas dəyərlər aradan götürülür ki, prezidentin səlahiyyətləri daha da geniş olsun. Əlbəttə ki, Qərb belə gedişatla barışa bilmir. Ancaq Ərdoğan obrazı ətrafında formalaşan barışmazlıq Davudoğlunun mövqelərini gücləndirir. Belə bir gedişat isə qıcıq doğurduğundan iki siyasətçi arasında problemli vəziyyət yaranıb".

Qeyd edək ki, mayın 4-də Prezident Ərdoğanla görüşən Baş nazir Davudoğlunun AKP sədrliyindən və başnazirlikdən istefa verəcəyi barədə məlumat yayılıb. Ötən gün isə Əhməd Davudoğlu həmin xəbərləri təsdiqləyib.

Tarix
2016.05.06 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla