Yuxarı

Bizi cəzalandırmaq niyyətlərini ortaya qoyurlar - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizi cəzalandırmaq niyyətlərini ortaya qoyurlar - Bayramov

Bəzi böyük dövlətlərin müstəqil siyasət yürüdən ölkələrin daxili siyasətinə qarışması tarixən də baş verib. Yeni olan odur ki, bu proseslər bu qədər açıq, aqressiv formada digər dövlətlərin daxili işlərinə qarışma cəhdləri olmamışdı.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun əsl səbəbi ölkələrimizin hansısa böyük güclərin diktəsinə uyğun deyil, öz milli maraqlarına uyğun suveren siyasət həyata keçirilməsi ilə bağlıdır:

“Burada müxtəlif bəhanələr ola bilər. Bunu Gürcüstan nümunəsində gördük. Azərbaycan misalında beynəlxalq hüquqa uyğun olaraq, ərazi bütövlüyümüzün bərpa edilməsində bunu gördük. Buna görə bizi cəzalandırmaq niyyətlərini ortaya qoyurlar. Müxtəlif alətlər götürülə bilər. Bizə qarşı qarayaxma kampaniyası aparırdılar, COP29 kimi böyük beynəlxalq tədbir ərzində Azərbaycanı hədəfə almışdılar. Ancaq dövlət tərəfindən həyata keçirilən siyasət milli maraqlara əsaslanırsa, xalqın dəstəyinə arxalanırsa, bütün xarici qüvvələr suveren siyasət qarşısında acizdir”.

Tarix
2025.01.16 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla