Yuxarı

Azərbaycanın Rusiyadakı səfirliyindən Nalbəndyana cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın ölkə parlamentində deputatların suallarını cavablandırarkən səfir Polad Bülbüloğlu haqqında dediklərinə münasibət bildirib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Nalbəndyana xatırladılır ki, səfirlərin fəaliyyətinə təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir:

"Mayın 26-da bəzi Ermənistan KİV-lərində kiçik qeyd yayılıb. Qeyddə bildirilirdi ki, Nalbəndyan deputatların suallarını cavablandırarkən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyəti barədə fikirlərini bildirməklə yanaşı, bəzi qiymətləndirici mülahizələr səsləndirib. Nalbəndyan Bülbüloğlunun fəaliyyətinin diplomatik çərçivədən kənar çıxdığını deməklə, səfiri reklam etməyə lüzum görmədiyini bəyan edib.

Edvard Aqvanoviçə xatırlatmaq lazımdır ki, səfirlərin fəaliyyətinə üçüncü şəxslər deyil, təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir. Buna görə də erməni nazir öz işçilərinə diqqət yetirsə, yaxşı olardı. Halbuki Azərbaycana təcavüz edən ölkənin xarici siyasət idarəsi rəhbərinin Polad Bülbüloğlunun fəaliyyətinə bu cür şərh verməsi faktı özü-özlüyündə Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin əyani göstəricisidir".

Tarix
2016.05.27 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla