Yuxarı

Anons: NATO Avropada savaşa hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Soyuq müharibə dönəminin ikinci hissəsini yaşayır.

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, Qərb və NATO Rusiyanın aktivləşəcəyi situasiyaya hazırlaşır:

"NATO genişlənməyə üz tutan hərbi siyasi alyansdır. Alyansa dövlətlərin özləri Rusiya təhlükəsindən qorunmaq üçün müraciət edirlər. Digər bir tərəfdən isə NATO demokratik əsaslara və qaydalara uyğun fəaliyyət göstərən qlobal gücdür. Bu isə Şimali Atlantika Alyansını daha da güclü edən tərəfdir. Alyansın fəaliyyəti onun genişlənməsinin zəruriliyini ortaya atmış olur. Varşava sammiti də məhz həmin genişlənmənin növbəti dayanacağıdır. Rusiya bundan narahatdır, çünki dünya dövlətləri Rusiyaya deyil, Qərbə üstünlük verirlər. Rusiya hələ də aqressiv siyasət yürüdür. Bu gün Rusiya Soyuq müharibə dönəminin ikinci hissəsini yaşayır. Müttəfiqlərinin seçim spektri onun dünyada nüfuzunun getdikcə aşağı düşməsinə gətirib çıxarır. Lakin bu aqressiyanın da bir sonu var. Rusiya ya böyük savaşa başlayacaq, ya da beynəlxalq qaydalara əməl edəcək. Bu baxımdan Qərb və NATO haqlı olaraq bütün vəziyyətlərə hazırlıq görürlər. Avropada NATO-nun möhkəmlənməsi və əlavə müdafiə tədbirləri görməsinin səbəbi də məhz budur. NATO masasında tezliklə yeni üzv dövlətlər görəcəyik. Bu sırada Monteneqro və Gürcüstan əsas yer tutur. Ukrayna hələ ki NATO yolunda çox addımlamalıdır. Biz tezliklə geosiyasi vəziyyətin dəyişəcəyini görəcəyik".

Qeyd edək ki, NATO-nun Varşava sammiti bu ilin iyulunda keçiriləcək.

Tarix
2016.05.28 / 09:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla