Yuxarı

Qarabağda erməni əsgər öldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunda daha bir əsgər ölümü faktı qeydə alınıb.

ANS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, əsgər Suren Armen Mosiyanın ölüm səbəbi məlum deyil.

1997-ci il təvəllüdlü əsgərin Qarabağda naməlum şəraitdə qəfildən öldüyü bildirilir.

Ölüm faktı ilə bağlı araşdırmalar başlayıb.

Həmçinin mayın 26-də Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.

Daha sonra ordunun digər əsgəri Akop Qevorkyanın qətlə yetirildiyi barədə məlumat yayıldı. Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu döş qəfəsindən bıçaqlayıb.

Qevorkyan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Kosoqoblyan şübhəli şəxs qismində saxlanılıb.

Tarix
2016.05.30 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla