19:28
Prezident İlham Əliyev elektron vizaların verilməsi
prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması
haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün
viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya
texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin
edən elektron viza sisteminin yaradılması məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
1.1. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza" sistemini
yaratsın və onun idarə olunmasını təmin etsin;
1.2. "ASAN Viza" sistemi haqqında əsasnamənin layihəsini bir ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
2. "ASAN Viza" sistemi vasitəsilə aşağıdakılar təmin edilir:
2.1. elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət
etməsi;
2.2. elektron viza alınması üçün zəruri olan məlumatların
bilavasitə "ASAN Viza" sisteminə daxil edilməsi;
2.3. elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş
dövlət rüsumunun "ASAN Viza" sistemi vasitəsilə elektron qaydada
ödənilməsi;
2.4. elektron vizanın üç iş günü müddətində verilməsi;
2.5. elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına
göndərilməsi;
2.6. "ASAN Viza" sisteminin "Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid
Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron
informasiya mübadiləsinin aparılması;
2.7. elektron viza verilməsi müddətlərinə riayət olunmasının,
verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin
monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri
statistik hesabatların hazırlanması.
3. Müəyyən edilsin ki, elektron viza siyahısı Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən
ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə verilir.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
4.1. "ASAN Viza" sistemi vasitəsilə elektron vizanın üç iş günü
müddətində verilməsinə ciddi riayət etsin;
4.2. vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını
bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
4.3. elektron viza verilməsinin yeni qaydaları və "ASAN Viza"
sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və
konsulluqlarının internet informasiya ehtiyatlarında
yerləşdirilməsini təmin etsin.
5. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası:
5.1. "ASAN Viza" sisteminin "Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə
inteqrasiyasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
5.2. elektron viza verilməsi prosesində Azərbaycan
Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə
yoxlamanın operativ aparılması məqsədi ilə "Sərhədkeçməyə
məhdudiyyət" informasiya resursuna daxil edilən məlumatların
dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər
görsün.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "ASAN Viza"
sisteminin yaradılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsini
təmin etsin və növbəti illərin dövlət büdcəsi layihələrində "ASAN
Viza" sisteminin saxlanması ilə əlaqədar müvafiq vəsaiti nəzərdə
tutsun.
7. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:
7.1. "ASAN Viza" sisteminin təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya
kanalları ilə təmin etsin;
7.2. "ASAN Viza" sisteminin təhlükəsizliyinin təmin edilməsi
üçün müvafiq tədbirlər görsün.
8. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
elektron viza verilməsinin yeni qaydaları və "ASAN Viza" sisteminin
yaradılması haqqında məlumatın Nazirliyin internet informasiya
ehtiyatlarında yerləşdirilməsini təmin etsin və Azərbaycan
Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə
məlumatlandırsın.
19:43
İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən
narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan
Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql
edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan
prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 17 may tarixli 253-VQD nömrəli Qanununun
tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,
məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop
maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi
razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 17 may
tarixli 253-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət
edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə
Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit
nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb
olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən
narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan
Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql
edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan
prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 29 aprel tarixli 211-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il
29 aprel tarixli 211-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Uşaq hüquqları haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun
15-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, "Uşaqların
sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması
haqqında" qanunun layihəsini beş ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının "Uşaq hüquqları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Uşaq hüquqları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
20:03
İlham Əliyev "Azərbaycan Respublikasının 2005-ci il 28
iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin
cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli
miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 254-VQD
nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu
ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün
kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin
miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı
il 17 may tarixli 254-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət
edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə
onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının 2005-ci il 28 iyun
tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət
məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin
və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına
görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev "Telekommunikasiya haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 29 aprel tarixli 212-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Telekommunikasiya
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 aprel
tarixli 212-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Telekommunikasiya haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Telekommunikasiya haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
21:25
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda
dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq" Açıq
Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə
əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust
tarixli 3004 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, № 8, maddə 765; 2009, № 4, maddə 226,
№ 10, maddələr 776, 779, № 11, maddə 886; 2010, № 2, maddə 80, № 6,
maddə 501, № 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə
112, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 7, maddə 841) ilə
təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nın V hissəsinin 5.4.2-ci yarımbəndinin "İcraçılar"
sütununda "elektrikpaylayıcı şəbəkələr" sözləri "Azərişıq" ASC"
sözləri ilə əvəz edilsin.
***
İlham Əliyev "Rayon və şəhər paylayıcı elektrik
şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə
verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci
il 31 mart tarixli 676 nömrəli Sərəncamında dəyişikliklər edilməsi
barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq" Açıq
Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə
əlaqədar qərara alıram:
"Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin
təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001, № 3, maddə 206, № 10, maddə 640; 2006, № 5, maddə 414; 2008,
№ 8, maddələr 715, 733; 2009, № 10, maddə 806; 2010, № 8, maddə
726) 2-ci hissəsi və həmin Sərəncama 1 və 2 nömrəli əlavələr ləğv
edilsin.
***
İlham Əliyev "Bakıelektrikşəbəkə" Açıq Səhmdar
Cəmiyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılması və
onun fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında" 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanında və bəzi
sərəncamlarında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq" Açıq
Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə
əlaqədar qərara alıram:
1. "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli 119
nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 3, maddə 240, № 9, maddə 1027) 3-cü hissəsində
"Bakıelektrikşəbəkə" sözü "Azərişıq" sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr
tarixli 895 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 9, maddə 582; 2010, № 2, maddə 80)
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin
problemlərinin həlli üzrə Dövlət Proqramı"nın II hissəsinin 8-ci,
13-cü və 19-cu bəndlərinin "İcra orqanları" sütununda "Azərenerji"
Səhmdar Cəmiyyəti" sözləri "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti"
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral
tarixli 125 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 2, maddə 85, № 11, maddə 886; 2010,
№ 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 112, № 5,
maddə 477) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın
2.3.1-ci yarımbəndinin "İcraçı qurumlar" sütununda "Azərenerji"
sözü "Azərişıq" sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart
tarixli 1408 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 3, maddə 226; 2014, № 9, maddə
1112) ilə təsdiq edilmiş Əlavə № 2 - "Bakı Metropoliteninin
2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın 5-ci
hissəsinin - "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına
dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı"nın
4.1-ci bəndinin "İcraçı" sütununda "Bakıelektrikşəbəkə" sözü
"Azərişıq" sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar
tarixli 232 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, № 1, maddə 45, № 7, maddə 870, № 9,
maddə 1027) ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 2.1.2-ci,
2.2.2-ci, 2.3.2-ci, 2.4.2-ci, 2.5.2-ci, 2.6.2-ci, 2.7.2-ci,
2.8.2-ci, 2.9.2-ci, 2.10.2-ci, 2.11.2-ci, 2.12.2-ci və 2.12.5-ci
yarımbəndlərinin "İcraçılar" sütununda "Bakıelektrikşəbəkə" sözü
"Azərişıq" sözü ilə əvəz edilsin.
21:54
İlham Əliyev "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin
yaradılması və idarəetməyə verilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam
imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq" Açıq
Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə
əlaqədar qərara alıram:
"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin yaradılması və
idarəetməyə verilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6,
maddə 447; 2001, № 3, maddə 207) əlavə edilmiş "Bakıelektrikşəbəkə"
açıq tipli səhmdar cəmiyyətinin tərkibinə daxil edilən müəssisə və
obyektlərin Siyahısı" ləğv edilsin.
***
İlham Əliyev Azərbaycan Respublikasının Asiya
İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər
haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Asiya
İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"nin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 4 mart
tarixli 166-VQ nömrəli Qanununa uyğun olaraq qərara alıram:
1. Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında
Azərbaycan Respublikasından rəhbər Azərbaycan Respublikasının
iqtisadiyyat naziri, alternativ rəhbər isə Azərbaycan
Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Bankda
Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı Asiya İnfrastruktur
İnvestisiya Bankının ehtiyatlarının və digər aktivlərinin
Azərbaycan Respublikasının milli valyutasında depozitarı müəyyən
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya
Bankına üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün
maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
3.2. "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş
maddələri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Prezident İlham Əliyevin imzaladığı digər fərman
aşağıdakı kimidir:
"Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886
nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci
il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun icrasının təmin
edilməsi barədə;
22:54
İlham Əliyev "Banklar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 6 may tarixli 228-VQD nömrəli Qanununun
tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Banklar haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 228-VQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Banklar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Banklar haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar
belədir:
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 6 may
tarixli 227-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında;
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı
il 6 may tarixli 225-VQD nömrəli Qanununun tətbiqi və "Gömrük
tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936
nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 6
may tarixli 224-VQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli
568 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;
23:20
İlham Əliyev "Sığorta fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 6 may tarixli 229-VQD nömrəli Qanununun
tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Sığorta fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 6 may
tarixli 229-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Sığorta fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Sığorta fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Fərmanlar:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral
tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər
Planı"nda dəyişikliklər edilməsi haqqında;
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 6 may
tarixli 226-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan