Yuxarı

İtaliya TV-də Bakıdan danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Genuya şəhərində yerləşən "Telenord" televiziya kanalının "Transport" verilişinə müsahibə verib.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, müsahibədə Azərbaycanın nəqliyyat imkanları, Qədim İpək Yolu layihəsinin bərpası, Şimal-Cənub nəqliyyat dəhlizinə Azərbaycanın töhfələri, Azərbaycanda həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə danışılıb. Bu layihələrin ölkəmizdə iqtisadiyyatın diversifikasiyasının dərinləşməsinə əsaslanan Azərbaycanın yeni iqtisadi modelinin tərkib hissəsi olması vurğulanın.

Müsahibə səfir M.Əhmədzadənin İtaliyanın Liquriya regionunun paytaxtı Genuya şəhərinə işgüzar səfəri çərçivəsində təşkil olunub. Səfər zamanı M.Əhmədzadə Liquriya regionunun prezidenti Covanni Toto, Genuya şəhərinin meri Marko Doriya və regionun işgüzar dairələri və mədəniyyət sahəsinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasının Genuya şəhərindəki fəxri konsulu xanım Marqarita Kosta iştirak edib.

Tarix
2016.06.01 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla