Yuxarı

Deputat siqaret çəkən qadınlardan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ümumdünya Səhiyyə Təşkilatının son statistikasında siqaretdən istifadəyə görə Azərbaycanın ön yerlərdə (13-cü yer) olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 10 il ərzində bu məsələ zaman-zaman komitənin planına daxil edilib, hazırda isə yenidən gündəmə gəlib:

"Artıq planlaşdırılıb və yaxın zamanda bununla bağlı ayrıca qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu məsələ sağlamlıqla bağlı olduğu üçün MM-in Səhiyyə komitəsindən də keçəcək. Amma nəticədə siqaretin yaratdığı fəsad sosial problem, gələcəkdə əlilliyə səbəb olduğu üçün qanun layihəsinin hazırlanması ilə bizim komitə məşğul olacaq. Siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə anormal vəziyyət müşahidə edirik. Məsələn, yeniyetmədən niyə siqaret çəkdiyini soruşursan, deyir bilmirəm. Yaxud deyir, filankəs çəkir, mən də çəkirəm. Ən dəhşətlisi isə odur ki, qadınlar arasında da siqaretdən istifadə halları artıb. Sonuncu statistika çox ciddi narahatlıq doğurur, ona görə də "Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" sənədin hazırlanması gündəmdədir. Komitə üzvü Musa Quliyevlə fikrimiz var ki, qanun layihəsini hazırlayaq".

Tarix
2016.06.02 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla