Yuxarı

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq COP simulyasiya konfransı” təşkil olunub.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi, Elm vəTəhsil Nazirliyi, Azərbaycanın aparıcı universitetləri və xarici ölkələri təmsil edən 60 gənc nümayəndənin qatıldığı beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Elm və Təhsil nazirinin aparat rəhbəri Mətin Kərimli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov çıxış ediblər.

Natiqlər Azərbaycan COP29 sədrliyinin ilk milli tədbirinin məhz azad edilmiş Xankəndində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib, gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər.

Daha sonra Konfransın açılış mühazirəsi ilə AR XİN Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim qovşağı sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyəti üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Ərazilərimizin işqalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını vurğulayan səfir, münaqişənin həll olunmasının ümümbəşəri əhəmiyyətli bu unikal təbiət güşəsinin də ekoloji baxımdan qoruma altına alınması üçün yol açdığını xüsusi vurğulayıb.

İki gün ərzində davam edəcək tədbirdə gənc iştirakçılar işçi qruplara bölünərək, qlobal iqlim dəyişikliyi ilə bağlı müxtəlif ölkələrdə görülən işlərin effektivliyi, gənclərin bu prosesdə iştirakı, alternativ enerji, yaşıl dünya mövzuları ətrafında müzakirələr aparacaqlar.

Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun, eləcə də Xankəndi Gənclər Paktının imzalanacağı planlaşdırılır.

Tarix
2025.04.26 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

Milli Məclisin növbəti plenar iclası başladı

Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Maduro üçün gerisayım başladı: Hava hücumları başlaya bilər

Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla