Yuxarı

Əliyev Türkiyəyə görə iki görüşdən imtina etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri zamanı qardaş Türkiyəyə növbəti jest nümayiş etdirib.

Publika.az xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) baş katibi, Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Axınçı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Bundestaq və Dostluq Qrupunun üzvləri ilə də görüşlər keçirməsi planlaşdırılsa da, Azərbaycanın dövlət başçısı alman deputatlarla görüşdən imtina edib.

X.Axınçı deyib ki, Prezident İlham Əliyevin bu addımı Türkiyəyə böyük jestdir:

"Məlum olduğu kimi, iyunun 2-də Almaniya Bundestaqı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etmişdi. Bu ərəfədə qardaş ölkə Azərbaycanın Prezidenti cənab İlham Əliyev Almaniyaya səfər etdi. Səfər zamanı Prezident İlham Əliyev protokoldan kənara çıxaraq, Almaniya Bundestaqının deputatları ilə görüşməkdən imtina edib. Prezident İlham Əliyev çıxışlarında da hər zaman qeyd edib ki, Azərbaycan və Türkiyə strateji müttəfiq və qardaş ölkələrdir. Doğrudan da, Azərbaycan bir daha Türkiyənin yanında olduğunu nümayiş etdirdi".

Tarix
2016.06.09 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla