Yuxarı

İrəvan və Moskvanın bu addımı etiraza səbəb oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiya ilə Hava Hücumundan Müdafiə sistemlərini birləşdirməsi xəyanətdir. Bu razılaşma bizim imkanlarımızı məhdudlaşdırır.

ANS-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin İrs partiyasından olan deputatı Zarui Postancyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

"Strateji baxımdan qiymətləndirildikdə bu razılaşmanı sadəcə xəyanət adlandırmaq olar. Rusiyanın boynumuza qoymağa çalışdığı sənədlərə baxanda elə təəssürat yaranır ki, Rusiya daim burada ağa olduğunu və buradan heç vaxt getməyəcəyini bəyan etmək istəyir. Mən hesab edirəm ki, Rusiyaya bu müqavilə ilə yeni imkanlar verilir. Bizim dövlətin müdafiəsini başqa ölkə yox, özümüz qorumalıyıq", – deyə Zarui Postancyan bildirib.

Rusiya və Ermənistan arasında 2015-ci ilin dekabrında Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləni Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və erməni həmkarı Seyran Ohanyan imzalayıblar.

Tarix
2016.06.14 / 23:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla