Yuxarı

Səfirimizdən erməni jurnalistə kəskin cavab - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın "Il Giornale" qəzetində jurnalist Can Mikalessinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin ardınca Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə də aprel ayında qoşunların təmas xəttində baş vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini əks etdirən "Unudulmuş müharibənin postları arasında səyahət" adlı məqaləsi dərc edilib. Bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu işıq üzü görüb.

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTac-a bildiriblər ki, məktubda M.Əhmədzadə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunu 20 ildən artıq müddətdə işğal altında saxladığını, bir milyondan çox azərbaycanlının Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib.

Aprelin 2-də təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan silahlı qüvvələri tərəfindən başlanıldığına dair çoxsaylı dəlillərin olduğunu vurğulayan M.Əhmədzadə Azərbaycan tərəfindən mülki əhali arasındakı itkilər və mülki obyektlərə dəymiş ziyan, ASALA terrorçu təşkilatının üzvlərinin Ermənistan silahlı qüvvələri tərkibində döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə təhdid kimi faktları oxucuların diqqətinə çatdırıb.

Qeyd edilib ki, bölgədə gərginliyə əsas səbəb Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə yerləşdirilməsidir və Ermənistan bu faktları ört-basdır etmək məqsədilə mövzu ilə bağlı geniş dezinformasiya kampaniyası həyata keçirir. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmir.

Tarix
2016.06.17 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla