Yuxarı

“Binəli Yıldırımın bu etirafı təsadüfi deyil…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Rusiya barışığı Cənubi Qafqazın xeyrinədir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, Türkiyə ilə Rusiyanı yaxınlaşdıran daha bir səbəb ABŞ və Avropa Birliyi ilə münasibətlərdəki soyuqluq idi:

"ABŞ və AB Krımın işğalı və Donbas separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vaxtını uzadıb. Türkiyə isə AB-nin verdiyi vədin əksinə olaraq viza məsələsini həll etmədiyinə görə Brüsseldən narazıdır. ABŞ-ın Suriyadakı silahlı kürd qruplaşmalara dəstəi də Ankaranı narahat edir. Belə bir geosiyasi şəraitdə Türkiyə-Rusiya yaxınlaşmasnın alternativi qalmadı. Bundan sonra Rusiyada Türkiyə əleyhinə olan ritorikanın dəyişməsinə ehtiyac var. Əslində, Ankara İsraillə olduğu kimi, Kremllə də münasibətlərin normallaşması üçün 9 maddədən ibarət yol xəritəsi üzərində işləyirdi".

Politoloq Türkiyə-Rusiya yaxınlaşmasının Azərbaycanı milli maraqlarına cavab verdiyini qeyd edib:

"Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail və Rusiya isə strateji tərəfdaşlarıdır. Türkiyə Baş naziri Binəli Yıldırımın bu işdə Azərbaycanın rolunu etiraf etməsi təsadüf deyil. Türkiyə-Rusiya barışığı birbaşa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsə də, iki dövlətin yenidən əməkdaşlığa başlaması Cənubi Qafqazda müsbət atmosfer yaradacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib. Bu gün isə Rusiya prezidenti ilə Türkiyə prezidenti arasında isti münasibətlərə qayıdış vəd edən telefon görüşməsi baş tutub.

Tarix
2016.06.29 / 18:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla