Yuxarı

Sobçak Rövşən Məmmədovu hədəf aldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sobçak Rövşən Məmmədovu hədəf aldı - Video

Rusiyanın tanınmış telejurnalisti və ictimai fiquru Kseniya Sobçak Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədovu xüsusi hədəfə gətirib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Sobçak öz verilişində Rövşən Məmmədovun Rusiya Prezidenti Vladimir Putin haqqında səsləndirdiyi sərt tənqidi fikirləri manipulyativ şəkildə təqdim edərək, onu guya Rusiya-Azərbaycan münasibətlərini pozan əsas fiqur kimi göstərib. Əslində isə Kseniya Sobçak Rusiyanın siyasi elitasına çox yaxın şəxs hesab olunur.

O, SSRİ-nin süqutu dövründə Sankt-Peterburqun (o vaxtkı Leninqrad) ilk seçilmiş meri olmuş, demokratik proseslərdə və yeni Rusiya Konstitusiyasının hazırlanmasında əsas rollardan birini oynamış Anatoli Sobçakın qızıdır. Vladimir Putin məhz Anatoli Sobçakın komandasına daxil olmaqla siyasi fəaliyyətə başlayıb, əvvəlcə onun hüquqi müşaviri, sonra isə müavini olub, illərlə Sobçakın ən yaxın adamı kimi fəaliyyət göstərib. Sobçak haqqında dəfələrlə səslənmiş məlumatlara görə, Moskva prokurorluğu Anatoli Sobçakı təqib etdiyi zaman Vladimir Putin ona ölkədən təhlükəsiz çıxmağa şərait yaradıb. Bütün bunlar Kseniya Sobçakın yalnız müstəqil və guya sərt tənqidçi obrazı yaratmaqla kifayətlənmədiyini, əksinə, Kremlin ən yaxın çevrəsi ilə sıx tellərlə bağlı olduğunu bir daha təsdiqləyir. Elə bu səbəbdən də analitiklər onun AzTV sədrinə qarşı belə aqressiv və yönləndirici mövqe sərgiləməsini Kremlin dolayısı ilə Azərbaycana təzyiq mexanizmi kimi dəyərləndirirlər.

Ekspertlər hesab edirlər ki, Putinin “kripto propaqandisti” sayılan və hətta bəzən liberal mövqe sərgiləməyə çalışsa da, əslində Kremlin strateji tapşırıqlarını yerinə yetirdiyi şübhə doğurmayan Kseniya Sobçakın bu dəfə hədəfinə Azərbaycan televiziyasının rəhbərini gətirməsi təsadüfi deyil və planlaşdırılmış informasiya kampaniyasının tərkib hissəsidir.

Tarix
2025.07.15 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla