Yuxarı

Rəhimov ona böyrək verənin kimliyini açıqladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun ötən gün 38 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, bu münasibətlə o, əməliyyatdan sonra ilk dəfə səhnəyə çıxıb.

“Zəng” adlı mono tamaşada aktyoru həmkarları, ictimai xadimlər, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də tək buraxmayıb.

Tamaşa bitdikdən sonra Rəhim ona 5 ay öncə həm maddi, həm də mənəvi dəstək olan hər kəsə təşəkkürünü bildirib. Aktyor ilk dəfə ona böyrəyini verən şəxsin kimliyini də açıqlayıb:

“5 ay öncə mənə böyrəyini verən xanım qardaşımın yoldaşı, Pərvanə Rəhimova olub. Düzdür, o, bunu söyləməyimi istəmir, amma mən ona nə vaxtsa təşəkkürümü bildirməli idim. O da bu gündür. Məni yenidən həyata qaytardığın üçün, çox sağ ol”.

Daha sonra səhnəyə tamaşanın rejissoru və müəllifi Qurban Məsimov, teatrın rəhbəri Rəşad Əhmədzadə çıxaraq, aktyoru doğum günü və səhnəyə qayıdışı münasibəti ilə təbrik ediblər. R.Əhmədzadə uzun illərdir otağında saxladığı “Cırtdan” kuklasını R.Rəhimova hədiyyə edib.

Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Bu ilin yanvarında aktyora yeni böyrək köçürülüb.

Tarix
2017.05.26 / 01:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla