Yuxarı

Mənasız seriallara, şoulara baxmayın – Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən Ağdam və Əlibəyli kəndlərində məktəblilər üçün kitab bayramı təşkil edib.

Kult.az xəbər verir ki, Qənirə Paşayeva müsəlman dünyası üçün müqəddəs bir ayda – on bir ayın sultanı Ramazanda uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.

Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, müəyyən peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.

Qənirə Paşayeva uşaqlarla ayrı-ayrılıqda söhbətləşib, onların hər birinə müəllifi olduğu imzalı kitablarla yanaşı, müxtəlif maraqlı kitablar, jurnallar hədiyyə edib. Millət vəkili şagirdləri mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlara vaxt sərf etməməyə çağırıb:

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.

Qənirə Paşayeva məktəbin kitabxanasına da gənclərin oxuması üçün çoxlu kitablar hədiyyə edib.

O, eyni zamanda Ağdam və Əlibəyli kəndlərində idmana həvəskar məktəblilərlə də görüşüb, onlara idman formaları hədiyyə edib. Q.Paşayeva bildirib ki, gənclərimizin həm fiziki, həm də mənəvi olaraq güclü yetişməsi ən vacib məsələdir və idmanla fəal məşğul olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva gənclər arasında narkomaniyaya, siqaretə, qumar oyunlarına aludəçiliyin artmasından narahatlığını da bildirib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb.

Tarix
2017.06.20 / 14:32
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla