Yuxarı

Nazirlikdən Rasim Balayev açıqlaması

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rasim Balayevin xəstəliyi ilə əlaqədar dərman ala bilməməsinə Səhiyyə Nazirliyi münasibət bildirib.

Kult.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Musavat.com-a açıqlamasında xalq artistinin dövlət xəstəxanalarının xidmətlərindən pulsuz istifadə etmək hüququna malik olduğunu bildirib:

“İstənilən vətəndaş, o cümlədən də xalq artisti Rasim Balayev kimi tanınmış şəxslər dövlət xəstəxanalarında pulsuz tibbi xidmətdən istifadə hüququna malikdir”.

Xatırladaq ki, R.Balayevin xəstəliyi ilə əlaqədar ehtiyac duyduğu dərmanları ala bilməməsinə görə deputat Zeynəb Xanlarova Milli Məclisin növbəti iclasında çıxış etmişdi. O, xalq artisti ilə dövlət səviyyəsində məşğul olunmasını xahiş edib, Səhiyyə və Mədəniyyət və Turizm Nanirliklərinə müraciət etmişdi.

Sitat: “Mən millətin adından xahiş edirəm, Rasimsevərlərin adından xahiş edirəm, onunla bir məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu qədər dərmana versin? Xahiş edirəm, Oqtay müəllim, siz də, biz də Rasim Balayevə dəstək olaq”.

Milli Məclisin spikeri Oqtay Əsədov isə “Sağ olun, maraqlanarıq, görək, nə məsələdir” deyə Z.xanlarovanın çıxışına reaksiya verib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə açıqlamasında məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

Tarix
2017.11.18 / 10:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla