Yuxarı

Xalq artistinin ayağı amputasiya oluna bilər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinin ayağı amputasiya oluna bilər

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib.

Kult.az xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev deyib. Efir vasitəsilə Ramiz Əzibəyli ilə telefon bağlantısı yaradan aparıcı onun səhhəti barədə məlumat alıb:

“Yaxşıyam. Klinikada müalicə alıram”, - R.Əzizbəyli bildirib.

Danışmaqda çətinlik çəkən xalq artisti daha sonra dəstəyi qızına verib. R.Əzizbəylinin qızı Xədicə atasının bir neçə ildir insultdan əziyyət çəkdiyini deyib:

“Damarlarında tıxanma var. Bir neçə gün bundan əvvəl öyrəndik ki, barmağında yavaş-yavaş qanqrena başlayıb. Ona görə də klinikaya gətirdik. Məlum oldu ki, damarları 80 faizdən çox tıxanıb. Həkimlər ümidverici danışırlar. Deyirlər ki, damarlara stend qoyulsa, yaxşı olacaq. Eyni problem hər iki ayağında var. Bir ayağının vəziyyəti lap pisdir. Həkim deyir ki, ayağı 80-90 faiz amputasiya olunmalıdır. İstəyirik ki, stend qoyulsun və buna ehtiyac qalmasın. Bir ayağına 5000 manata stend qoyulub. Öz imkanlarımız daxilində pulunu ödədik. Lakin bundan sonrası üçün maddi çətinliyimiz var”.

Tarix
2018.12.25 / 12:12
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla