Yuxarı

Kürdəmirdə ağır qəza: maşın yanaraq külə döndü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə minik avtomobili yanaraq külə dönüb.

Axar.az xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü, rayonun Atakişili kənd sakini Ruslan Əzimov hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb və anidən alışıb.

Alovun qarşısını almaq mümkün olmayıb, nəticədə avtomobil tamamilə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Tarix
2024.04.04 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla