Yuxarı

Kamrandan Boaviştada rüsvayçı səhv - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" futbol komandasının heyətində ilk rəsmi matçına çıxıb.

Report-un məlumatına görə, VI turun açılış oyununa təsadüf edən qarşılaşmada rəqib "Portu" olub.

"Draqau" stadionunda keçirilmiş Portu derbisi meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Boavişta"nın futbolçusu Nunu Enrike açıb. Lakin 19-cu dəqiqədə "Boavişta" müdafiəçilərinin süni oyundankənar vəziyyət yaratmaq istəkləri uğursuz alınıb və Andre Silva yaxın məsafədən Ağayevlə üz-üzə qalaraq, hesabı bərabərləşdirib. 41-ci dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirib. Azərbaycanlı qapıçı topun istiqamətini müəyyənləşdirsə də, zərbəni dəf edə bilməyib.

Oyunda son nöqtə isə 86-cı dəqiqədə qoyulub. Bu dəfə "Portu"nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək, tora daxil olub.

Beləliklə, "Boavişta"nın uduzduğu qarşılaşmaya Kamran Ağayev kobud səhvi ilə damğa vurub. Bu nəticədən sonra "Portu" 13 xalla 2-ci pilləyə yüksəlib. "Boavişta" isə hələlik 5 xalla 12-ci pillədədir.


!!! by arcturusmedia33

Tarix
2016.09.24 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla