Yuxarı

İki hərbçimiz finala yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yunan-Roma güləş üzrə turnirin ikinci günündə üç təmsilçimiz - Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) yarışlarda iştirak ediblər.

İlk olaraq 98 kiloqram çəki dərəcəsində yarışa qatılan güləşçimiz Orxan Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb.

Sonra 85 kiloqram çəki dərəcəsində həmyerlimiz İslam Abbasov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib.

O, əvvəlcə alban rəqibi Alban Necajı, sonra Ukrayna güləşçisi Aleksandr Şişmanı və yarımfinalda Əlcəzair idmançısı Aem Boudjemlini məğlub edib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya Federasiyasının nümayəndəsi Yevgeni Sazeyev olacaq.

Digər güləşçimiz Rafiq Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı Nikolaos Varkası, makedoniyalı Qoran Atanasovu və ukraynalı Anriy Belıxı məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Pascal Eysel ilə qarşılaşacaq.

Final görüşləri axşam saatlarında keçiriləcək.

Tarix
2016.09.24 / 17:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla