Yuxarı

Çex futbolçular Bakıda virusa yoluxub

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan Çexiyanın "Slovan" klubunun 12 futbolçusu infeksion xəstəliyə yoluxub.

Azvision.az xəbər verir ki, klubun rəsmi saytında yer alan məlumatda oyunçuların Azərbaycana səfər zamanı bu virusa yoluxduğu bildirilir.

Bunun nəticəsində Çexiya çempionatının 8-ci turunda "Karvin" klubuna qarşı keçirilməsi planlaşdırılan oyun təxirə salınıb.

"Oyunçuların bəzilərində səhhətləri ilə bağlı problem hələ sentyabrın 19-u "Slaviya" ilə baş tutan oyundan əvvəl başlamışdı. Həftə ərzində vəziyyət daha da pisləşdi", - deyə klubun məlumatında qeyd edilib.

"Futbolçular bu virusa Azərbaycanda yoluxublar. Bəzi futbolçuları biz "Slaviya" ilə oyundan öncə, digərlərini isə bu həftə itirdik. Belə bir hal mənim karyeramda bir dəfə 12 il əvvəl, yeniyetmələr komandasına rəhbərlik etdiyim vaxt olmuşdu. Yaşlı futbolçular arasında belə bir şeyi ilk dəfədir ki, görürəm. "Karvin" klubu ilə oyunun təxirə salınması yeganə çıxış yolu idi. Biz 12 futbolçumuz olmadan oynaya bilməzdik", – deyə klubun baş məşqçisi Yindrix Trpişpvski bildirib.

Bu arada "Slovan" Avropa liqasının ikinci turu çərçivəsində doğma meydanda Yunanıstanın PAOK klubu ilə qarşılaşmalıdır. Çexiya klubundakı vəziyyət bu oyunun keçirilməsi imkanını da şübhə altımna salır. UEFA rəsmiləri artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və araşdırmaların nəticələri bu gün açılacaq. Yunanıstan təmsilçisinin bu virusa yoluxması riski olsa onda oyun təxirə salınacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin sentyabrın 15-də baş tutan ilk turunda "Qarabağ" doğma meydanda "Slovan"la heç-heçə edib - 2:2.

Tarix
2016.09.26 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla