Yuxarı

AFFA şübhəli oyunlara görə araşdırmalara başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyası Azərbaycan çempionatının bəzi oyunlardakı şübhəli məqamlarla bağlı araşdırmalara başlayıb.

Report-un əldə etdiyi məlumata görə, araşdırmalar, xüsusən, I Divizion qarşılaşmalarını əhavə edir.

Komissiya mətbuatda mövzu ilə əlaqədar vaxtaşırı informasiyaların dərcini də nəzərə alaraq hərəkətə keçib.

Öz növbəsində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi proses barədə konkret məlumat verməsə də, bununla bağlı mütəmadi işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, proses UEFA ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

M.Nərimanoğlu, həmçinin xatırladıb ki, AFFA-nın İcraiyyə Komitəsinin avqustun 29-da keçirilmiş iclasında "Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası" ilə bağlı Bəyannamə qəbul olunub. Həmin Bəyannaməyə əsasən, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs sənədi imzalamaqla üzərinə müvafiq öhdəlik götürür: "Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunub. Eyni zamanda, UEFA Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirir".

Tarix
2016.11.07 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla