Yuxarı

Güləşçilərimiz üç medal qazandılar - Bakıda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində ikinci gününün qalibləri müəyyənləşib.

Axar.az xəbər verir ki, əllidən çox ölkədən 700-dək pəhləvanın mübarizə apardığı yarışın ikinci günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Azərbaycan güləşçiləri yarışı bir gümüş və iki bürünc medalla başa vurublar. Güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla irəliləyib. Ancaq güləşçimiz final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıblar. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşləri uduzaraq beşinci yerdə qərarlaşıblar.

Turnirin birinci günündə Azərbaycanın sərbəst güləşçiləri 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.

Tarix
2016.11.25 / 20:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla