Yuxarı

Kavani çempionatımızın bombardirindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnter” və “Neftçi”nin sabiq hücumçusu Valter Quqlemon karyerasını bitirsə də, futboldan uzaq düşməyib.

APA-nın məlumatına görə, Azərbaycan çempionatında bombardir adına yiyələnmiş 39 yaşlı sabiq forvard ögey qardaşı Edinson Kavaninin meneceri kimi fəaliyyət göstərir.

PSJ-nin formasını geyinən Kavani Fransa mətbuatına müsahibəsində Quqlemon haqda da danışıb. Şəxsi həyatı barədə fikirlərini bildirən ulduz futbolçu ailə üzvlərinə böyük dəyər verdiyini vurğulayıb.

O, Parisdə yaşayan və yanında çalışan Quqlemonla daha yaxın olduğunu qeyd edib: “Boş vaxtım olanda şəhərdən kənara çıxıb, kənd yerinə gedirəm. Dincəlmək, təmiz hava qəbul etməyi xoşlayıram. Adi qaydada öz həyatımı yaşayıram. İnsanın dünyaya baxışı aldığı tərbiyədən asılıdı. Futbol mənim həyatım deyil, işimdi. Mən öz işimi sevə-sevə görürəm. Həyatda topdan da vacib şeylər var, məsələn, ailə. Parisdə 2 ildi həyat yoldaşımla yaşayıram. Bundan əlavə, qardaşım mənimlə işləyir. O, tez-tez bizə gəlir”.

Qeyd edək ki, karyerası ərzində müxtəlif ölkələrdə futbol oynamış Quqlemon 2007-2009-cu illərdə “İnter”də, 2009/2010 mövsümündə isə “Neftçi”də çıxış edib. O, 17 qolla 2008/2009 mövsümündə Azərbaycan çempionatının bombardiri adını qazanıb.

Tarix
2017.02.24 / 00:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda Azərbaycanla bağlı cinayət işi bağlandı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla