Yuxarı

İslamiadada ölkəmizi bu futbolçular təmsil edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti müəyyənləşib.

Axar.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə yekun siyahıya 23 futbolçunun adını daxil edib.

Siyahıda ən çox oyunçu ilə Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünün qalibi Ağdamın “Qarabağ” komandası təmsil olunub.

“Bakı-2017”də millimizin şərəfini qapıçılar Emil Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan Əhmədli (“Sumqayıt”), müdafiəçilər Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”), yarımmüdafiəçilər Fəhmin Muradbəyli (“Neftçi”), Mirabdulla Abbasov (“Sumqayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (ikisi də “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya) və hücumçular Mahir Mədətov, Ağabala Ramazanov (ikisi də “Qarabağ”) qoruyacaqlar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında səkkiz yığma komanda mübarizə aparacaq. “A” qrupunda yarışacaq millimiz mayın 8-də “Bayıl Arena”da Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaq.

Tarix
2017.04.30 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla