Yuxarı

Millimizin futbolçusu İspaniya klubunu tərk edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kadis” klubunu tərk edəcək.

Report xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində Sequndada (II divizion) çıxış edən digər iki klub – “Luqo” və “Alkarkon” maraqlıdır.

Məlumata görə, E.İsrafilov üçün ən uyğun variant “Alkarkon”dur. Çünki yığma üzvi daha əvvəl hazırda bu komandanın baş məşqçisi olan Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə “Mursiya”da işlədiyi vaxta təsadüf edib.

Qeyd edək ki, E.İsrafilov ötən ilin avqustunda “Kadis”ə keçib. O daha əvvəl “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib.

Tarix
2017.08.12 / 17:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla