Yuxarı

Prezidentimiz mənə zəng vurdu – Ramil Quliyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyev iddialı açıqlamalar verib.

Qaynarinfo.az xəbər verir ki, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında dünya çempionu olaraq tarixi uğura imza atan idmançı həmin yarışlara bağlı danışıb.

Həmin yarışda Usayn Boltun iştirak etmədiyini xatıraladan Ramil yamaykalı atletə meydan oxuyub:

"Bolt olsa da, qazanardım. Vəziyyəti yaxşı deyildi və yarışda iştirak etmədi. Daha yaxşı dərəcələrim olacaq. Qaçılan dərəcə yaxşı deyildi, amma çempionluğa yetdi. İndi beynimdə olimpiya oyunları var. Bütün hazırlıqları bu yöndə görürük. Buraya qədər medal qazanaraq gəldik. İndi əsas daha böyük uğur qazanmaqdı".

Quliyev Londondakı çemionluqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona zəng etməsi digər idmançıları təəccübləndirib: "Yarışdan sonra prezidentimiz mənə zəng vurdu və təbrik etdi. Çox xoşbəxt oldum. Belə bir insanın mənə zəng etməsi çox önəmlidi. Digər atletlər danışıqdan sonra "Kim zəng etmişdi" dedi. Prezident Ərdoğanın zəng etdiyini eşidəndə çox təəccübləndilər. "İdman sizdə o qədər sevilirmi? Bizdə belə bir şey yoxdu" dedilər. Bu hər ölkədə olmur. Arxamızdakı güc bizi motivasiya edir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlman Əliyev də Ramil Quliyevi Londondakı dünya çempionluğundan sonra təbrik etmişdi.

Tarix
2017.11.12 / 11:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla