Yuxarı

"Qarabağ" məğlub oldu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:40

UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”-“Çelsi” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Dmitri Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçak, Donald Gerye yer alıblar.

London təmsilçisinin ilk on birliyində isə meydana Tibo Kurtua, Anton Rüdiger, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Eden Azar, Pedro Rodrigez, Davide Zappakosta, Villian, Sezar Azpiliketa və David Luiz çıxacaqlar.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

“Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1).

Hesabında 8 xal olan “Roma” qrupda birinci pillədə qərarlaşıb. “Çelsi” 7 xalla ikinci, “Atletiko Madrid” 3 xalla üçüncü, hesabında 2 xalı olan “Qarabağ” isə sonuncudur.

21:25

"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov "Çelsi"nin yarımmüdafiəçisi Villiamla mübarizədə hakim haqsızlığına məruz qaldı. Belə ki, oyun epizodu zamanı portuqaliyalı hakim "Qarabağ"ın qapısına penalti təyin etdi. Bununla yanaşı, təmsilçimizin kapitanına qırmızı vərəqə göstərildi. Zərbəni dəqiq yerinə yetirən Azar hesabı açdı: 1-0.

21:38

"Çelsi" matçın 37-ci dəqiqəsində Viliamın qolu ilə fərqi artırdı: 2-0.

22:33

Fabreqas matçın 71-ci dəqiqəsində fərqi 3-ə çatdırdı: 3-0.

22:42

Viliam matçın 85-ci dəqiqəsində özünün 2-ci, komandasının 4-cü qoluna imza atdı: 4-0.

22:55

"Qarabağ" ÇL-nin bu mövsümündə qrup mərhələsində sonuncu ev oyununda hakimin kobu səhvi nəticəsində ilk dəqiqələrdə azlıqda qaldı. Bundan maksimum yararlanan İngiltərə təmsilçisi görüşün nəticəsində 4-0 hesablı qələbə əldə etdi.

Tarix
2017.11.22 / 22:55
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla