Yuxarı

Cüdoçularımızdan Avstriyada böyük uğur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Obervart şəhərində start götürən cüdo üzrə Avropa açıq turnirinin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Axar.az xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan millisinin üzvləri Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) Avstriya turnirində bütün rəqiblərinə qalib gələrək çempion olublar. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Şirinli isə bürünc medal qazanıb.

Beləliklə, milli komandamız Obervart turnirinin birinci yarış günündən sonra medalların sayı və əyarına görə bütün rəqiblərini qabaqlayaraq birinci yerdədir.

Qeyd edək ki, Avstriyada keçirilən Avropa açıq turnirində 42 ölkənin 285 cüdoçusu mübarizə aparır. Beynəlxalq yarışa fevralın 18-də yekun vurulacaq.

Tarix
2018.02.17 / 23:13
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla