Yuxarı

Ləzgi xəncəri ilə onun başını kəsəcəm - Ramin Musayev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 16-cı turunda "Sumqayıt" - "Neftçi" oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Maraqlı, sürətli və baxımlı oyun idi. Bəyənilsin...

- “Sumqayıt” və “Neftçi”də prezident dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?

- Nə fikir bildirim? Dəyişdirilməli idi də. Əgər belə məsləhət biliblərsə, deməli, olmalı idi.

- 2 klubun prezidentinin istefası və Kamran Quliyevin “Neftçi”nin prezidenti təyin edilməsi gözlənilməz olmadı?

- Sualı mənə niyə verirsiniz? Elə bu barədə klub başqanlarından və “Neftçi”nin rəhbəri təyin olunan şəxsdən soruşun. Məsləhət görülübsə, olmalı idi. “Sumqayıt” gözəl komandadır. Fikir verin, əla oyun nümayiş etdirirlər. Yəqin ki, həmin insana inam var ki, xalqın komandasını ona tapşırdılar.

- Oyundan 1 gün əvvəl belə dəyişiklik gözlənilməz olmadı?

- Nə fərqi var? 1 gün tez, ya da 1 gün gec, olmalı idi.

- Açıqlama vermisiniz ki, Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam...

Bu üsul bir ləzgi xəncəridir, kəsəcəm başını. Dost dostdan küsər də. Xətrini istədiyim insandır. Söhbəti şişirdirsiniz...

- Kamran Quliyev deyib ki, Ramin Musayev bu açıqlaması ilə “Neftçi”yə təzyiq göstərir...

- Təzyiq? Siz ədəbiyyatı yaxşı oxumusunuz? Oxumusunuzsa, açıqlamaya diqqətlə fikir verin. Orada təzyiq etməklə bağlı nəyəsə rast gələcəksiniz?

- Klub prezidenti bu cür qəbul edir...

- Kim necə qəbul edirsə, etsin. Mən təzyiq doğuran cümlə işlətmişəm? Boş verin.

- Hazırda xəstəxanada olan Böyükağa Hacıyevi ziyarət etmisinizmi?

- Mən yatanda o gəlməyib, mən də getmirəm. Məndə 5 stent var, onda 3 dənədir. Gəlsəydi, gedərdim. Həyatda hər şey qarşılıqlıdır.

Tarix
2018.02.17 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla