Yuxarı

"Neftçi"dən növbəti inamlı qələbə - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:29

Martın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda daha bir oyun keçirilib. Turnir cədvəlində beşinci sırada qərarlaşan “Neftçi” komandası “Baksell Arena”da yeddinci sıradakı “Keşlə” klubunu qəbul edib.

Axar.az xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi görüşdə “Neftçi” komandası 3:2 hesabı ilə qalib gəlib. Qarşılaşmada hesabı oyunun 14-cü dəqiqəsində Namiq Ələsgərovun vurduğu qolla “Neftçi” açıb – 1:0. Bundan iki dəqiqə sonra “Keşlə” hesabı bərabərləşdirib. Komandanın ruminiyalı legioneri Adrian Skarlatake fərqlənib - 1:1.

İkinci hissədə flaqman hesab arasındakı fərqi artırıb. İqnasio Herrera matçın 48-ci dəqiqəsində rəqib komandanın qapısına yol tapıb - 2:1. “Keşlə” komandası 57-ci dəqiqədə Pərdis Fərcad-Azadın başla vurduğu topla yenidən hesaba tarazlıq gətirib – 2:2. Görüşə əlavə edilmiş dəqiqələrdə isə Ruslan Abışov komandasının qələbə topunu vurub - 3:2.

Bu oyundan sonra “Neftçi” xallarının sayını 26-ya çatdıraraq beşinci pillədəki mövqeyini qoruyub.

İndiyədək "Neftçi" və "Keşlə" 53 dəfə üz-üzə gəlib. Bunların 26-da flaqman, 13-də "Keşlə"

qələbə qazanıb. 14 qarşılaşmada qalib müəyyənləşməyib.

Topaz Premyer Liqasının XIX turu çərçivəsində martın 10-da “Səbail” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Qarabağ” və “Zirə” klubları qarşılaşacaqlar.

Hazırda turnir cədvəlinə 45 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 38 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 28 xalla dördüncü, “Neftçi” 26 beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (17 xal), “Keşlə” (15 xal) və “Kəpəz” (10 xal) qərarlaşıb.

Tarix
2018.03.09 / 23:25
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla