Yuxarı

Şeydayev danışdı: İnanın ki, bilmirəm...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev müqavilə üzrə məxsus olduğu Türkiyənin "Trabzonspor" klubuna qayıdıb. Gənc və istedadlı hücumçu klubun 2018-2019 mövsümü üçün ilk məşqində iştirak edib.

Bununla bağlı Şeydayevin Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:

– “Qarabağ” klubunda kirayə sözləşməsi ilə fəaliyyət göstərirdiniz. Anlaşmanı niyə uzatmadınız?

– Sadəcə olaraq kirayə müddəti bitdi və mən öz klubuma geri qayıtdım. Xüsusi heç nə baş vermədi.

– Türkiyədə şərəfini qoruduğunuz “Trabsonspor” klubundakı fəaliyyətiniz size qane edirmi?

– Yox, etmir. Türkiyədəki fəaliyyətim məni heç bir halda qane etmir.

– Azərbaycan milli komandasını seçnəyinizə peşman deyilsiz ki?

–Qətiyyən. Milli komandamıza keçdiyimə görə çox xoşbəxtəm.

– “Qarabağ”dakı Qurban Qurbanovla millidəki Qurban Qurbanovun fərqi nədədir?

– Sözün düzü, bu suala necə cavab verəcəyimi bilmirəm. Heç bilmirəm klubdakı məşqçiliyə ilə millidəki məşqçiliyinin fərqi nədədir.

– “Mattesburq” klubundan təklif aldığınız doğrudur? Kariyeranızı harda davam etdirməyi planlayırsınız?

– İnanın ki, yaxın gələcəkdə hansı klubda oynayacağımı özüm də bilmirəm.

Tarix
2018.06.28 / 00:19
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla