Yuxarı

"Neftçi"nin təhlükəsizliyinə təminat verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan tərəfi Budapeştdə "Uypeşt"lə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə "Neftçi" komandasının təhlükəsizliyinə təminat verib.

Report-un Budapeştə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə jurnalistlərə klub prezidenti Kamran Quliyev bildirib.

K.Quliyev deyib ki, bu addım səfər matçında hər hansı insidentin yaşanmaması üçün atılıb: "Biz AFFA-ya müraciət etdik. Ölkənin ali futbol qurumu da, öz növbəsində, Xarici İşlər Nazirliyi vasitəsilə Macarıstandakı səfirliyimizə müraciət ünvanladı. Macarıstandakı səfirlikdən klubumuzla əlaqə quruldu. Biz də onlara Bakıdakı hadisə barədə ətraflı məlumat verdik. Səfirliyimiz bizə məlumat verdi ki, Macarıstanın müvafiq qurumlarına belə bir insidentin baş verməsi haqqında artıq informasiya çatdırılıb və lazımi tapşırıqların verilməsi xahiş edilib. Macarıstan tərəfi də həm bizi, həm də azarkeşləri yüksək səviyyədə mühafizə edəcəklərinə dair söz verib".

"Neftçi" rəsmisi ilk oyun ərəfəsində iki klub azarkeşləri arasında baş vermiş insidentin görüşün keçirildiyi "Dalğa Arena" ərazisindən kənarda olduğunu söyləyib: "Müəyyən anlaşılmazlıq olub. Məndə olan məlumata görə, münaqişəyə kefli vəziyyətdə olan 7-8 macarıstanlı fanat səbəb olub. Heç kimin üzərinə günah atmaq istəmirəm. Ancaq özünüz fikirləşin, 1000 azərbaycanlı fanata qarşı normal vəziyyətdə olan 7-8 nəfər çıxar?"

Qeyd edək ki, iyulun 19-da "Ferents Şuşa" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. İlk görüşdə "Neftçi" qalib gəlib - 3:1.

Tarix
2018.07.18 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda Azərbaycanla bağlı cinayət işi bağlandı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla