Yuxarı

Məğlub rəqibin baş məşqçisi: "Qarabağ"ı dəstəkləyəcəyik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qolsuz bərabərliklə nəticələnən oyundan sonra mətbuat konfransı keçirib.

Report xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- İlk növbədə "Qarabağ"ı Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Komandalar bərabər səviyyəli oyun nümayiş etdirdi. Bizim üçün ilk mərhələdə çətin rəqib düşmüşdü. Eləcə də "Olimpiya" "Qarabağ" üçün asan rəqib deyildi. Hiss olunurdu ki, rəqib ilk oyunda üstünlüyünü sonadək qorumaq istəyir. Futbolçularımız sonadək mübarizə apardılar. "Qarabağ"ı bundan sonra turnirdə dəstəkləyəcəyik.

- Bəzi aparıcı futbolçuların əsas heyətdə yoxluğu nə ilə bağlı idi?

- Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışdıq.

- Oyundan əvvəl iddialı idiniz. Ancaq bunu komandanızın oyununda görmədik. Eyni zamanda ikinci hissədə çox aqressiv idiniz. Bu, hakimin qərarı ilə bağlı idi, yoxsa?

- Oyundan irəli gələn emosiyalarla bağlı idi. Ancaq hər hansı xüsusi halın qeydə alındığını demək olmaz. Sadəcə, baş məşqçi kimi oyuna müdaxilə etməyə çalışırdım.

- Bəlkə əvəzetmələrdə risk edərdiniz?

- Üçüncü əvəzetmə hücuma planlaşdırılmışdı. Ancaq zədə üzündən oyunçumuzu əvəzləməli olduq. Hər iki oyunda müdafiədə buraxdığımız xətalar həlledici oldu.

Tarix
2018.07.19 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla