Yuxarı

Millimizin baş məşqçisi: Vacib oyun olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin baş məşqçisi: Vacib oyun olacaq

Sabah hər iki komanda üçün vacib oyun olacaq. Macarıstan yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiya millilərinə qarşı yaxşı futbol sərgilədik.

Axar.az AFFA-ya istinadən xəbər verir ki, bu fikri Avro 2020-nin seçmə mərhələsində Budapeştdə Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oktyabrın 12-də təşkil olunmuş mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, üç əsas futbolçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz yenə də layiqli oyun göstərmək istəyirik. Macarıstan yığmasına böyük hörmətlə yanaşırıq.

Komandanın üzvü Emil Balayev isə deyib: “Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur. Xorvatiya ilə Bakıda keçirdiyimiz oyunda millidə debüt etdim. İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inam nümayiş etdirirdilər. Düşünürəm ki, sabah da həyəcanlı olmayacağam”.

Oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Tarix
2019.10.12 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla