Yuxarı

Komandasının oyununu izləyib ölməyə getdi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika çempionatının son turunda keçirilən "Brügge" - "Muskron-Peruvels" matçında (3:0) qeyri-adi hadisə yaşanıb.

Komanda.az məlumat verir ki, 20 ildi sağalmaz xəstəlikdən əziyyət çəkdiyi üçün evtanaziya qərarı qəbul edən Lorenso Şonbert adlı azarkeş "Brügge"nin oyununu sonuncu dəfə izləyib.

Onun stadiona gəlməsindən xəbər tutan klub rəhbərliyi və azarkeşlər Lorenso üçün vida mərasimi təşkil ediblər.

"Göy-qaralar"ın 42 yaşlı fanatı komandasının ev oyunlarını keçirdiyi "Yan Breydel" stadionunda dövrə vuraraq, azarkeşlərlə vidalaşıb. Tribunalarda açılan "Sən heç vaxt tək olmayacaqsan" pankartı isə Şonbertin kövrəlməsinə səbəb olub.

Lorenso daha sonra mətbuata qısa açıqlama da verib: "Belə duyğusal vida gözləmirdim. Komandamın qələbə qazanması məni lap çox sevindirdi. Artıq rahatlıqla ölə bilərəm. Qələbə sevincini cənnətdə qeyd edəcəyimə ümid edirəm".

Lorenso Şonbert bazar ertəsi müalicə aldığı xəstənada zəhərli iynəylə öldürülüb.

Tarix
2015.03.05 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla