Yuxarı

Samboçumuz titullardan məhrum edilir – Səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək.

Bu barədə Report-a Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.

C.Məmmədovun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: "Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək".

ASF prezidenti bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: "Biz idmançımızın özü ilə söhbət etdik. Dedi ki, bu hərəkəti qəsdən etməyib. Heç açıqlamasında da elə ifadələr işlətmədiyini bildirdi. Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra elə digər mükafatçılarla birgə erməni samboçu ilə şəkil çəkdirməzdi. Amma istənilən halda, himn çalınarkən, onu ayaq üstə dinləməmək düzgün deyil".

Qeyd edək ki, artıq Sergey Yeliseyev Avropa Sambo Federasiyasının rəsmi saytına Bəxtiyar Abbasovun davranışını pisləyən açıqlama verib. O, Azərbaycan yığmasının üzvünün idmançıya yaraşmayan hərəkətə yol verdiyini bildirib. S.Yeliseyevin fikrincə, belə idmançı Dünya Kubokunun mükafatçısı olmağa layiq deyil:

"Qaydaları və etikasını pozan idmançı yarışlardan kənarlaşdırılmalı və medaldan məhrum edilməlidir. İdmançının gələcək beynəlxalq turnirlərdə iştirakına dair qərarı FİAS-ın İntizam Komitəsi çıxarmalıdır".

Tarix
2015.04.01 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla