Yuxarı

Bakı-2015: əcnəbinin gözü ilə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq". Bu barədə Trend-ə Bütün Avropa Akademiyaları Təşkilatının (All European Academies) professoru Juri Engelbreçt deyib.

O bildirib ki, bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq və ölkənin nüfuzunu qaldıracaq:

"Məlum olduğu kimi Oyunlarda 6 minə qədər idmançı iştirak edəcək. Təbii ki, idmançlarla yanaşı on minlərlə azarkeş də Azərbaycana gələcək. Bu insanlar burada Azərbaycan haqqında geniş məlumat əldə edəcəklər və öz ölkələrinə qayıdanda bütün bunları yaxınlarına, dostlarına danışacaqlar. Təbii ki, bütün bunlar Azərbaycana turist marağını artıracaq, ölkə iqtisadiyyatı bundan xeyli fayda götürəcək".

J.Engelbreçt vurğulayıb ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük bir töhfə vermiş olur:

"Bu cür beynəlxalq tədbirlər çox alqışlanır. Çünki bu, insanları bir araya gətirən tədbirdir. İdman da musiqi kimi ümumi bir dildir və bütün insanlar burada bir birini başa düşür, onlar arasında dostluq yaranır. Belə tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana həm təbriklərimi, həm də təşəkkürlərimi çatdırırıram".

Tarix
2015.05.03 / 11:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla