Yuxarı

"Qarabağ"-"Seltik" oyununa bilet satışı bitdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə keçirəcəyi cavab görüşünün biletləri satışa çıxarıldığı gün dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Ağdam klubunun yaydığı bəyanatda bildirilir.

Klubun saytında yayılan bəyanatda deyilir: "Qarşılaşmaya olan hədsiz maraq Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, kütləvi maraqdan istifadə edən bəzi "işbazlar" qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən, klubumuz tərəfindən kassalar bağlanıb, hüquq-mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb".

Satış sabah səhərdən etibarən bərpa olunacaq. "Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar: "Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız".

Qeyd edək ki, avqustun 5-də Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlanacaq.

Tarix
2015.08.03 / 01:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla