Yuxarı

"Seltik" Tofiq Bəhramov stadionundan imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Seltik" Tofiq Bəhramov stadionundan imtina etdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək.

Sport7.az xəbər verir ki, qarşılaşma öncəsi problem yaranıb.

Belə ki, bu gün axşam Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxmalı olan qonaq rəsmilər günorta saatlarında mərkəzi arenaya baş çəkib. Şotlandlar meydançanın durumu ilə tanış olandan sonra qarabağlılara oyunöncəsi son hazırlığı başqa arenada keçirmək istədiklərini bildiriblər.

Təmsilçimiz də qlazqoluları razı salmaq üçün alternativ variant axtarışına çıxıb.

Saytın yaydığı məlumata görə, ağdamlılar hətta "Bakcell Arena"nın xidmətindən yararlanmaq istəyir. Artıq bununla bağlı stadionun məxsus olduğu AFFA-ya müraciət ünvanlanıb. Assosiasiyadan müsbət cavab alınmayacağı halda məcburən oyunöncəsi məşq Respublika stadionunda keçiriləcək. Amma qonaqların ixtiyarına "Qarabağ" bazasının verilmə variantı da var.

Tarix
2015.08.04 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla